19 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ” bu xəbərə çox sevinəcək: “Braqa”nın ən bahalı müdafiəçisi…

Avropa Liqası pley-off mərhələsində “Qarabağ”a rəqib olan “Braqa” təmsilçimizlə ilk görüşə ciddi itki ilə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, Portuqaliya klubunun müdafiəçisi Siku Niakete “köhlən atlar”a qarşı formaya geyinə bilməyəcək. Buna səbəb oyunçunun  cəzalı olmasıdır.

O, “Braqa”nın Çempionlar Liqası qrup mərhələsinin beşinci turunda “Union”la (Berlin) matçda birbaşa qırmızı vərəqə alıb. Bu səbədən də “Qarabağ”la Portuqaliyadakı ilk oyunu buraxacaq.

Niakete komandanın ən bahalı müdafiəçisidir. “Transfermarkt” portalına görə, futbolçunun dəyəri 4 milyon avrodur.

Xatırladaq ki, portuqallarla ilk görüş 2024-cü il fevralın 15-də səfərdə gerçəkləşəcək. Ağdam təmsilçisi fevralın 22-də Bakıda cavab qarşılaşmasına çıxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43