Kateqoriyasız

“Qarabağ” Bundesliqa klubunu ilə heç-heçə etdi

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün sonuncu yoxlama oyununu keçirib.

Ağdam klubu Almaniya Bundesliqa təmsilçisi “Auqsburq”la qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib – 2:2. Komandanın qolları Patrik Andrade və Xayme Romero vurublar.

“Qarabağ” Avstriyadakı ilk yoxlama matçında Bolqarıstanın ÇSKA (Sofiya) komandasını 1:0 hesabı ilə məğlub edib, ikinci ğörüşdə isə Rusiya “Arsenal”ına (Tula) uduzub – 0:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43