29 Sentyabr 2024
Kateqoriyasız

“Qarabağ” bunu da etdi: 100 qram çəkiyə 600 AZN

Mübarizəsiz çempionluğa doğru gedən “Qarabağ”da hər şey heç də qaydasında deyil. 

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunda futbolçulara tətbiq olunan qaydalar oyunçuların etirazına səbəb olub.

Əldə etdiyimiz məlumata görə, bu qaydalardan biri də artıq çəki ilə bağlı cəzalanmaqdı. Belə ki, artıq çəkisi olan futbolçu hər 100 qram artıq çəkiyə görə 600 manat cəzalandırılır. 

Devalvasiyanın təsiri təbii ki, “Qarabağ”dan da yan keçməyib. Buna görə də, klub bu yolla azacıq da olsa vəziyyəti düzəltmək niyyətindədi. Bu səbəbdən bir neçə futbolçu cəzalanıb və hamıya şamil olunacağı ilə bağlı xəbədarlıq edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43