Ölkə futbolu

“Qarabağ” buraxıldı

Cari mövsüm Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” klubu istirahətə buraxılıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istindən verdiyi məlumata görə, komandada Cumbinyo, Riçard Almeyda, Reynaldo, Leroy hələ “Qarabağ”ın çempionluğu rəsmiləşdirdiyi 34-cü turdan sonra ölkələrinə yollanmışdı.

Milli oyunçular isə ABŞ-a təlim-məşq toplanışına yola düşüblər.

Qeyd edək ki, “Qarabağ” klubu iyunun 12-də yenidən yığışacaq. 1 həftəlik Bakı hazırlığının ardından Ağdam təmsilçisi Çempionlar Liqasının təsnifat mərhələsinə hazırlaşmaq üçün ölkə xaricinə təlim-məşq toplanışına yollanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43