Ölkə futbolu

“Qarabağ” CAR millisinin daha bir üzvünü transfer edir

Ardıcıl 4-cü dəfə çempion olan “Qarabağ” klubunun transfer etmək istədiyi futbolçulardan birinin adına aydınlıq gəlib.

Ağdam klubu Türkiyənin “Gənclərbirliyi” klubunda forma geyinən Tokelo Rantieni heyətinə qatmaq istəyir.

Hazırda bu keçidin reallaşdırılması barədə danışıqlar davam edir. Ağdam klubunun ba. məşqçisi Qurban Qurbanovun razılıq verəcəyi təqdirdə Cənubi Afrika Respublikası millisinin hücumçusu komanda ilə müqavilə imzalayacaq.

Milli komandada “Qarabağ”ın hücumçusu Dino Ndlovu ilə komanda yoldaşı olan Tokelo karyerası ərzində “Malmö” və “Bornmut” kimi komandalarda da forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43