İdman

“Qarabağ” – “Çelsi” oyununa nə qədər bilet satılıb? – “Bu sürətlə davam edərsə, tükənəcək”

UEFA Çempionlar Liqasında 5-ci turun oyunları çərçivəsində Bakı Olimpiya Stadinunda “Çelsi”ni qəbul edəcək “Qarabağ”ın oyununa bilet satışı sürətlə davam edir.

İdmanxeber.com-a açıqlamasında Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov oyuna 14 gün qalmasına baxmayaraq biletlərin əksəriyyətinin satıldığını bildirib: “Bu sürətlə davam edərsə, oyun gününə qədər biletlər tükənəcək. Çünki 45 mindən artıq bilet satılıb. Ümid edirik ki, azarkeş rekordumuz yenilənəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43