Premyer Liqa

“Qarabağ” cəzalandırıldı

AFFA İntizam Komitəsi “Qarabağ”ı cərimələyib.

İdmanxeber.com-un məlumatına görə, buna  Premyer Liqanın 20-ci turunun “Qarabağ” – “İnter” matçının  86-cı dəqiqəsində Ağdam  klubunun azarkeşlərinin meydançaya kənar əşyalar atması səbəb olub.

AFFA İntizam Komitəsi buna görə “Qarabağ”ı 1600 manat məbləğində cərimələyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43