Ölkə futbolu

“Qarabağ” ciddi problemlə üzləşdi

“Qarabağ” klubu ciddi problemlə üzləşib. 

Əyalət təmsilçisi Topaz Premyer Liqasının VI turunun oyununa hazırlıqlara cəmi 10 futbolçu ilə başlayır.

AZAL-la V turun oyunundan sonra 3 günlük istirahətə buraxılan futbolçular bu gün məşqləri bərpa edəcək. Lakin oyunçuların əksəriyyəti milli komandaların düşərgəsində olduğundan ağdamlılar 10 nəfərlə hazırlıq keçməyə məcburdu.

Qeyd edək ki, “Qarabağ” bugünkü məşqini Suraxanı qəsəbə stadionunda keçirəcək.

Mənbə: qarabagh.com


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43