Kateqoriyasız

“Qarabağ” ÇL-də mübarizəni dayandırsa, Avroliqadakı rəqibi bu komandalardan biri olacaq

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Partizani” ilə qarşılaşacaq “Qarabağ” bu görüşlərdən ümumilikdə məğlub ayrılsa o zaman yoluna Avropa Liqasında davam edəcək.

İdmanxeber.az-ın məlumatına görə, artıq “köhlən atlar”ın Avroliqadakı potensial rəqibi də müəyyənləşib.

Ağdam klubu ÇL-də ilk mərhələni keçə bilməsə, Avroliqanın ikinci təsnifat mərhələsində “Şerif” (Moldova) – “Saburtalo” (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, Moldova və Gürcüstan təmsilçiləri ÇL-in 1-ci təsnifat mərhələsində üz-üzə gələcəklər.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43