01 Oktyabr 2024
Kateqoriyasız

“Qarabağ” ÇL-də “Neftçi” və “İnter” isə Avroliqada potensial rəqiblərini bu tarixdə tanıyacaq

Çempionlar Liqasının və Avroliqanın III təsnifat mərhələsinin püşkü 18 iyulda atılacaq.

İdmanxeber.com-un məlumatına görə, İsveçrenin Nyon şəhərində keçiriləcək olan mərasimdə ilk olaraq saat 15:00 da Çempionlar Liqasının püşkü atılacaq. Daha sonra isə 16:00 da Avroliqada mübarizə aparan klubların rəqibləri bəlli olacaq.

Qeyd edək ki, ölkəmizi ÇL- də "Qarabağ" , AL- də isə "İnter" və "Neftçi" təmsil edir. Bu klublarıız mərhələ adlayacağı təqdirdə potensial rəqiblərini tanıyacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43