Ölkə futbolu

“Qarabağ” – ÇSKA matçının başlama vaxtı açıqlandı

Avstriyada yeni mövsüm hazırlıqlarını davam etdirən “Qarabağ” sabah – iyunun 24-də ikinci yoxlama oyununu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu Bolqarıstanın ÇSKA klubu ilə qarşılaşacaq. Kössen qəsəbəsində baş tutacaq matç yerli vaxtla saat 18:00-da (Bakı vaxtıyla 20:00) start götürəcək.

Qeyd edək ki, "Qarabağ" ilk yoxlama görüşündə Rusiyanın "Axmat" klubuna 0:1 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43