Kateqoriyasız

“Qarabağ” dağılır: Leroy Corc da getdi

Leroy Corcun “Qarabağ”da qalıb-qalmayacağı bəlli olub.

Klubdan idmanxeber.com-a verilən məlumata görə, hollandiyalı futbolçu ona təklif olunan şərtlərlə razılaşmayıb. Belə ki, Ağdam klubu hollandiyalı yarımmüdafiəçiyə qazandığı maaşdan da az əməkhaqqı təklif edib ki, bu da Leroy Corcu qane etməyib.

Məhz bu amil onun “Qarabağ”dan getməsinə səbəb olub.

Qeyd edək ki, “Qarabağ”ı Leroydan başqa Muarem Muarem, Vüqar Nadirov və Şəhriyar Əliyev da tərk etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43