İdman

“Qarabağ” davam edir – FOTO

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” hazırlıqlarını davam etdirir.

Idmanxeber.com-un məlumatına görə, komanda Antalyadakı 8-ci günə səhər məşqi ilə başlayıb. Məşqdə bu gün 21 yaşadək futbolçular ibarət millimizdə baş məşqçi kimi ilk oyununa çıxacaq Rəşad Sadıqov və AİK-ə keçəcəyi gözlənilən Tarik Elyunussi də iştirak edib.

Qeyd edək ki, U-21 millimiz bu gün  Türkiyə “Alanyaspor”unun U-21 yığması ilə ilk yoxlama matçını keçirəcək.Görüş Bakı vaxtı ilə 17:-00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43