Ölkə futbolu

“Qarabağ” – “Dnepr” oyununa nə qədər bilet satılıb?

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində noyabrın 6-da Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dnepr” oyunu üçün bilet satışı davam edir.

İdmanxeber.com-un məlumatına görə, bu gün səgər saatlarından satış çıxarılan biletlərin bir qismi satılıb. Mərkəzi arenanın kassalarına verilən 30 mindən çox biletin 3500-ü artıq alınıb.

Qeyd edək ki, “Qarabağ” – “Dnepr” oyunu saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43