Kateqoriyasız

“Qarabağ” dövrəni itkisiz başa vurdu

Azərbaycan Premyer Liqasının başa çatan 2018/2019 mövsümünün sonuncu – 4-cü dövrəsinin ən yaxşısı “Qarabağ” olub.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, ardıcıl 6-cı, ümumilikdə 7-ci dəfə Azərbaycan çempionu adını qazanan Ağdam təmsilçisi sonuncu dövrənin bütün oyunlarında qələbə qazanıb. 7 turluq bölümdə xal itirməyən ağdamlılar hamıdan çox – 24 qol vurub, ən az – 3 top buraxıb. “Neftçi” dövrənin ikincisi, “Sumqayıt” isə üçüncüsü olub. “Keşlə” isə son 7 turun ən zəif komandasıdır.

Qeyd edək ki, dövrənin 28 matçında 89 qol vurulub. Orta məhsuldarlıq 3,18-ə bərabər olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

AFFA-dan VAR sistemi ilə bağlı tender

admin

Mahir Emreli “Napoli”yə də qol vurdu – Video

admin

AFFA Matiçin formasına görə “Qarabağ”ı cəzalandırdı

admin