Kateqoriyasız

“Qarabağ” – “Dudelanj” matçı canlı yayımlanacaq

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində son ölkə çempionu “Qarabağ” Lüksemburqun “Dudelanj” klubu ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək qarşılaşma canlı yayımlanacaq. Oyunu tamaşaçılara CBC Sport kanalı birbaşa nümayiş etdirəcək.

Qeyd edək ki, iyulun 12-də keçiriləcək matç saat 21:00-da başlayacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43