Ölkə futbolu

“Qarabağ” – Düdelanj” matçının bilet qiymətləri

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək “Qarabağ” – “F91 Düdelanj” (Lüksemburq) qarşılaşmasının biletləri bugündən etibarən satışa çıxarılıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, azarkeşlər biletləri matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər.

1-5 və 24-28 nömrəli sektorlar – 1 AZN

6-10 və 19-23 nömrəli sektorlar – 2 AZN

11-13 və 16-18 nömrəli sektorlar – 5AZN

VİP (14-15 sektorlar) – 30 AZN

Qeyd edək ki, “Qarabağ” – “F91 Düdelanj” matçı iyulun 12-si saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43