Kateqoriyasız

“Qarabağ” – “Düdelanj” oyunu estonlara tapşırıldı

Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda keçiriləcək  “Qarabağ” – “Düdelanj”(Lüksemburq) oyunu üçün hakim təyinatları açıqlanıb.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, matçın baş hakimi Estoniya Futbol Federasiyasından Kristo Tohver olacaq. Ona həmyerliləri Silver Koiv və Sten Klaasen kömək edəcəklər. Dördüncü hakim funksiyasını Juri Frişer yerinə yetirəcək.

Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş 21:55-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43