27 Oktyabr 2020
Kateqoriyasız

“Qarabağ” – “Düdelanj”: son məşqlər və mətbuat konfransları

Avropa Liqasının qrup mərhələsinin VI turun matçları çərçivəsində baş tutacaq “Qarabağ” – “Düdelanj” (Lüksemburq) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə,dekabrın 11-i saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

“Düdelanj”ın baş məşqçisi isə saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Lüksemburq təmsilçisinin son məşqi saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Azərbaycan Premyer Liqası: 20-ci turun oyun cədvəli açıqlandı

admin

AZAL-dan finalla bağlı açıqlama

admin

Milli komandanın oyunları “İdman” kanalında!

admin