Kateqoriyasız

“Qarabağ” dünya reytinqində “100-lüy”ə düşdü

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

İdmanxeber.az xəbər verir ki, 300 komandanın yer aldığı siyahıya Azərbaycandan “Qarabağ” və “Neftçi” düşüb.

“Qarabağ” ötən reytinq cədvəli ilə müqayisədə 7 pillə irəliləyib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 136 xalla 99-cu sıraya yüksəlib.

“Neftçi” isə 87 xalla 237-ci pillədən 221-ci sırayadək irəliləyib.

Reytinq cəvdəlinə 305 xalla İngiltərə “Çelsi”si başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43