08 Sentyabr 2024
Kateqoriyasız

“Qarabağ” duruma uyğun davrandı: Ağdam klubunda yeni müqavilə (ÖZƏL)

Çempionlar Liqasında mübarizə aparacaq “Qarabağ” müqaviləsi bitməkdə olan Leroy Corca yeni sözləşmə təklif edib.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Ağdam klubu komandanın əsas fiqurlarından olan hollandiyalıya 2 illik yeni müqavilə təklif edib. 

28 yaşlı yarımmüdafiəçi bu sözləşməyə “hə” deyib.

Qeyd edək ki, Türkiyə PTT birinci liqasına yenicə vəsiqə qazanan “Göztəpə” klubu Leroy Corcu transfer emtəkdə maraqlı idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43