İdman

“Qarabağ” elit komandadı” – “Kukesi”nin prezidenti

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Kukesi”nin prezidenti Safet Qyiçi Ağdam klubu haqda danışıb.

İdmanxeber.com-un məlumatına görə, Albaniya klubunun oyunçularını tənqid edib və əvvəlki illərdə avrokuboklarda məğlub olduqları komandalarla “Qarabağ”ın müqayisəsini aparıb: “Komandamın oyuna yanaşmasından məyus oldum. Futbolçulara mesajım budu ki, özünüzə nə qədər qiymət verdiyinizi görmək istəyirəm. Növbəti mərhələdəki rəqib “Qarabağ” elit komandadı. Bu rəqibə qarşı maksimum gücü ortaya qoymalı və oyundan zövq almalısınız. Əvvəlki illərdə seçmə mərhələlərdə “Austriya”, “Trabzonspor”, “Legiya” və “Şerif” kimi klublara məğlub olmuşuq. “Qarabağ” da onlar kimi, güclü komandadı. Ancaq təslim olmamalısınız. Hər iki komanda meydana 11 oyunçu ilə çıxır və görüş bərabərə başlayır”.

Qeyd edək ki, “Qarabağ”la “Kukesi” arasında ilk oyun iyulun 25-də Şkoderdə, cavab görüşü isə avqustun 1-də Bakıda keçiriləcək.başqanı


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43