Kateqoriyasız

“Qarabağ” evdə daha hirsli oynayacaq”

İrlandiya millisinin baş məşqçisi Mik Makkarti Çempionlar Liqasının II təsnifat mərhələsində keçirilən “Dandolk” – “Qarabağ” oyunu (1:1) haqda danışıb.

O, cavab matçı barədə də fikirlərini bildirib:

“Onların 17 (Abdullah Zubir) və 3 (Aylton Silva) nömrələri gözəl oynadılar. 11 (Mahir Emreli) və 20 (Riçard Almeyda) nömrəli futbolçularını da bəyəndim. Amma “Dandolk” layiqli mübarizə apardı və yaxşı düşünülmüş künc zərbəsindən sonra qol vurdu. Onlar öz mübarizələri ilə heç-heçəyə layiq idilər. Düşünürəm ki, oyunda yaxşı tərəf “Qarabağ” idi. Ədalətsizlik olsa belə, sonlara doğru bir qol da vururaq qələbə qazana bilərdik. Amma bunu bacarmadıq. Fikrimcə, “Qarabağ” evdə daha hirsli oynayacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43