Ölkə futbolu

“Qarabağ” – “Fiorentina” matçında xorvatiyalı hakimlər

Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun matçları çərçivəsində baş tutacaq “Qarabağ” – “Fiorentina” matçının hakim təyinatları açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, görüşü xorvatiyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi İvan Bebek olacaq.

Baş hakim: İvan Bebek

Yan xətt hakimləri: Tomislav Petroviç, Miro Qrqiç

Köməkçi hakimlər: Ante Vuçemiloviç-Şimunoviç, Qoran Qabrillo

Dördüncü hakim: Qoran Pataki (hamısı Xorvatiya)

UEFA nümayəndəsi: Vasili Melniçuk (Ukrayna)

Hakim-inspektor: Mixael Zoratti (Avstriya)

Qeyd edək ki, “Qarabağ” – “Fiorentina” oyunu dekabrın 8-i keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43