Ölkə futbolu

“Qarabağ” “Fiorentina”nı qabaqladı

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ”- “Fiorentina” (İtaliya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

İdmanxəbər.com-un məlumatına görə, sabah – dekabrın 7-si “Azərsun Arena”nın mətbuat zalında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov saat 17:30-da media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 18:00-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

“Fiorentina”nın son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi Respublika stadionunda baş tutacaq. İtaliya təmsilçisinin baş məşqçisi isə son məşqdən öncə saat 19:30-da Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.

Qeyd edək ki, “Qarabağ” – “Fiorentina” matçı 8 dekabr saat 20:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43