Kateqoriyasız

“Qarabağ” Fransada dəstəksiz qalmayacaq

"Avropa Liqasının qrup mərhələsinin III turunda "Monako" ilə qarşılaşaca "Qarabağ" səfərdə dəstəksiz qalmayacaq.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun İdmanxeber.com-a verdiyi məlumata görə, “Lui II” stadionunda keçiriləcək oyunda Ağdam klubunu 70-80 azarkeşin dəstəkləməsi gözlənilir.

Qeyd edək ki, "Monako" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43