Kateqoriyasız

“Qarabağ” – “Frayburq” matçının hakimləri açıqlandı

UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda keçiriləcək “Qarabağ” – “Frayburq” matçının hakimləri açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, noyabrın 3-də Bakıda baş tutacaq görüşü Belarusdan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Aleksey Kulbakov olacaq. Ona yan xətt hakimləri Dmitri Cuk və Aleh Maslianka kömək edəcəklər. Dördüncü hakim funksiyasını Dmitri Dmitriyev yerinə yetirəcək.

“Qarabağ” – “Frayburq” oyunu saat 21:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43