Ölkə futbolu

“Qarabağ” gedir

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu keçirəcəyi Danimarkaya bu gün gedəcək. 

İdmanxeber.com-un məlumatına görə, avqustun 23-də səfərdə “Kopenhagen”lə qarşılaşacaq Ağdam klubu axşam saatlarında çayter reysi ilə Kopenhagenə yola düşəcək.

Təmsilçimizin sabah axşam oyunun keçiriləcəyi stadionda məşqi nəzərdə tutulub.

Qeyd edək ki, “Kopenhagen” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43