Ölkə futbolu

“Qarabağ” gerilədi – IFFHS-in yeni siyahısında

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

İdmanxeber.az xəbər verir ki, 300 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız “Qarabağ” yer alıb.

Hesabında 137 xal olan Azərbaycan çempionu 2 pillə geriləyərək, 85-ci olub.

İlk 3-lükdə 305 xalla “Flamenqo” (Braziliya), 297 xalla “Liverpul” (İngiltərə) və 294 xalla “Palmeyras” (Braziliya) yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43