Ölkə futbolu

“Qarabağ” güclü rəqibinin qarşısında bir hissə tab gətirə bildi

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” bu gün Avstriya toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu ilk sınağında Donetksin “Şaxtyor” klubu ilə üz-üzə gəlib.

Qurban Qurbanovun yetirmələri güclü rəqibinə qarşı bir hissə tap gətirə bilib. İkinci yarıda Ferreyranın dublu Donetsk klubuna qələbə gətirib. 

23 iyun

Yoxlama oyunu

19:00. “Qarabağ” – “Şaxtyor” (Donetsk) – 0:2 

Qol: Ferreyra, 59, 68

“Qarabağ”: 13. Şehiç, 25. Ansi Aqolli, 24. Admir Teli (k), 55. Bədavi Hüseynov, 5. Maksim Medvedyev, 2. Qara .Qarayev, 20. Riçard Almeyda, 70. Cumbinyo, 41. Leroy Corc, 11. Danilo Dias, 9. Reynaldo Silva

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Bilal Abbaszadə, 4. Quliyev, 18. İlqar Qurbanov, 10. Muarem Muarem, 21. Tural Rzayev, 23. Tural İskəndərov, 77. Cavid Tağıyev, 17. Vüqar Nadirov, 7. Namiq Yusifov, 22. Toğrul Bilalli

“Şaxtyor”: 12. Xudjamov, 91. Butko, 5. Kuçer, 44. Rakitski, 95. Sobol, 6. Stepanenko, 24. Qreçişkin, 77. İlsinyo, 50. Bolbat, 21. Qladkiy, 9. Luis Adriano (k)

Ehtiyat oyunçular: 32. Kanibolotyski, 4. Volovik, 13. Şevçuk, 14. Kobin, 38. Krivtsov, 18. Ordets, 3. Xyubşman, 19. Ferreyra, 37. Şinder


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43