Ölkə futbolu

“Qarabağ” Gürcüstanda da qalib gəldi – YENİLƏNİB

Bu axşam Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində "Qarabağ" səfərdə "Samtredia"nın qonağı olacaq.
İdmanxeber.com-un məlumatına görə, "köhlən atlar" cütün taleyini demək olar ilk görüşdən sonra həll edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan birinci qarşılaşmada rəqibini 5 cavabsız qolla üstələyən Qurban Qurbanovunkomandasının 0:6 hesablı məğlubiyyətlə üzləşəcəyi real görünmür.

"Dinamo Arena"da reallaşacaq oyunun başlama saatı 21:00-dı.
18 iyul

Çempionlar Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunu

21:00. “Samtredia” (Gürcüstan) – “Qarabağ” (Azərbaycan)  0:1
QOL:
Donald Qerye, 21 (0:1)
İlk oyun – 0:5 
Baş hakim: Srcan Yovanoviç
Yan xətt hakimləri: Uroş Stoykoviç, Milan Mihayloviç
Dördüncü hakim: Marko Popoviç (hamısı Serbiya)
Tiflis. Boris Payçadze adına “Dinamo Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43