08 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ” gürcüstanlı futbolçu ilə danışıq aparır

“Qarabağ” qış fasiləsində heyətini yeni müdafiəçi ilə gücləndirmək niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi gürcüstanlı oyunçu Laşa Dvali ilə maraqlanır. Artıq tərəflər arasında danışıqlar başlayıb.

28 yaşlı mərkəz müdafiəçisi Kevin Medinanın zədələnməsinin ardından ona alternativ kimi görülür. Dvali hazırda APOEL (Nikosiya) klubunda çıxış edir.

Təcrübəli müdafiəçi karyerası ərzində “Redinq”, “Ferensvaroş”, “Kasımpaşa” kimi klublarda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43