Ölkə futbolu

“Qarabağ” hansı məşhur klublarla qarşılaşacaq?

2014/2015 mövsümündən ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” klubu artıq təlim-məşq toplanışına start verib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Qurban Qurbanovun komandası hazırlıqların ilkin mərhələsini Bakıda keçirəcək.

İyunun 21-dək paytaxtda hazırlaşacaq Ağdam təmsilçisi toplanışın ikinci mərhələsini Avstriyada keçirəcək. “Qarabağ” iyunun 22-si, səhər saatlarında adıçəkilən ölkəyə yollanacaq və hazırlıqları orada davam etdirəcək.

Toplanış çərçivəsində “Qarabağ”ın keçirəcəyi bir neçə yoldaşlıq oyunları təsdiqlənib. Belə ki, iyun ayının 23-də Ukrayna çempionu “Şaxtyor” (Donetsk), 5 gün sonra isə Rusiyanı Avropa Liqasında təmsil edəcək “Krasnodar” klubu ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43