Ölkə futbolu

“Qarabağ” hansı mövqeyə futbolçu transfer edir?

Qış "transfer pəncərəsi"ndə heyətini gücləndirmək istəyən komandalardan biri də "Qarabağ" klubudur. Ağdam təmsilçisi qışda bir neçə futbolçu transfer etməyi planlaşdırır.

Klubdan idmanxeber.com-a verilən məlumata görə, komandanın qışda reallaşdıracağı transferlər əsasən müdafiə mövqeyinə olacaq. Hücum və yarımmüdafiə xəttinə əlavələr etməyi düşünməyən baş məşqçi Qurban Qurbanov müdafiədə olan axsamaları düzəltmək istəyir. 

Transfer ediləcək müdafiəçilərin legioner və yaxud, yerli olacağı barədə nə qədər çalışsaq da, məlumat əldə edə bilmədik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43