Kateqoriyasız

“Qarabağ” haqda yeni heç nə öyrənə bilmədim” – “Viktoriya”nın futbolçusu

“Lex”in “Qarabağ”la oyunlarından sonra oradakı tanışlarımla yazışmışdım. “Qarabağ” haqda yeni heç nə öyrənə bilmədim”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Viktoriya”nın futbolçusu Yan Sikora Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”a qarşı keçiriləcək ilk oyunu haqda danışarkən deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“Mən daha çox öz məşqçilər korpusumuzun məlumatlarına arxalanıram. Əlbəttə ki, narahatam. Üçüncü dəfə Çempionlar Liqasının qrup mərhələsinə düşmək cəhdi alınarsa, şad olaram. İki dəfə bunu “Slaviya” ilə etmişəm”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43