Kateqoriyasız

“Qarabağ” haqqında kitabın ingilis versiyası satışa çıxarıldı

İtaliyalı yazar Emmanuele Culianellinin “Qarabağ” klubu haqqında yazdığı kitabın ingilis versiyası satışa çıxarılıb.

İdmanxeber.az xəbər verir ki, yazar bu barədə tviterdə paylaşım edib.

Kitabın onlayn versiyasını müxtəlif platformalarda əldə etmək mümkündür.

“Qarabağ” – şəhəri olmadan Avropanı fəth edən komanda” kitabına 16,99 funt-sterlinq (təxminən 35 manat) qiymət qoyulub.

Emmanuele bu kitabı 2018-ci ildə italyan dilində təqdim edib. İngilis versiyası isə bu ilin martında işıq üzü görüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43