Kateqoriyasız

“Qarabağ” hazırlıqlarını davam etdirir

Son Azərbaycan çempionu “Qarabağ” yeni mövsüm üçün hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə,  Çempionlar Liqasının təsnifat mərhələsininin oyunlarına hazırlaşan Ağdam təmsilçisi günü tək çalışmayla keçirib. Komanda saat 11-də  Tofiq Bəhramov adına Respublika stadionunda yeganə məşqinə çıxıb. “Qarabağ”ın məşqi 90 dəqiqə davam edib. Müəyyən isinmə hərəkətlərinin ardından 2 qrupa bölünən komanda  2 tərəfli oyun keçirib.

Ağdam təmsilçisinin məşqində sadəcə Rəşad Sadıqov iştirak etməyib. Kapitanın müalicəsi hələ də davam etməkdədir.

Sabah komanda hazırlığın Bakı mərhələsini başa vuracaq. Səhər çalışmasından sonra otelə yığışacaq “Qarabağ” ertəsi gün təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43