23 Sentyabr 2024
Dünya futbolu

“Qarabağ” – HİK matçının biletləri satışa çıxarılır

UEFA Avropa Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – HİK (Finlandiya) oyununun biletləri satışa çıxarılır.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlər avqustun 5-i saat 14:00-dan satışa çıxarılacaq.

Avqustun 10-u saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30 və 75 manat təşkil edir.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43