İdman

“Qarabağ” hücumlarımızın qarşısını asanlıqla alırdı”

“Oyundan öncə heyətlə bağlı problemlərimiz var idi. Andrey Vomberqarın adını siyahıya daxil etmədiyimiz üçün üzr istəyirik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda doğma meydanda “Qarabağ”a məğlubiyyətdən sonra “Olimpiya” klubunun baş məşqçisi İliya Stolitsa deyib. Qarşılaşma barədə fikirlərini açıqlayan mütəxəssis oyundan öncə heyətlə bağlı problemləri olduğunu bildirib:

“Heyətimizdə bəzi problemlər var idi. Bəzi futbolçuların zədəli olması planlarımızı pozdu. Ancaq cavab matçında siyahımız belə qısa olmayacaq. Aparıcı oyunçularımız da meydanda olacaqlar. Dünənki görüşdə öt xəttdə boşluqlarımız var idi. Qonaqlar hücumlarımızın qarşısını asanlıqla alırdı. Abasso irəlidə tək qalmışdı. Yalnız ilk hissədə bir dəfə əlinə yaxşı şans düşdü, onda da topu qapının üstündən vurdu”.

Qeyd edək ki, ilk oyunda səfərdə “Olimpiya”nı 1:0 hesabı ilə məğlub edən “Qarabağ” cavab matçı öncəsi sərfəli nəticə əldə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43