24 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ” iki futbolçusunu itirdi

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində səfərdə “Gent”lə qarşılaşır.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klibunun iki futbolçusu sarı vərəqə alaraq, avrokuboklarda növbəti görüşü buraxmalı olacaqlar.

Belə ki, Veşoviç və Romao hazırda davam edən görüşdə “sarı” görərək, cəzalı duruma düşüblər.

Əgər Ağdam təmsilçisi 1/8 finala vəsiqə qazansa, sözügedən futbolçuların köməyindən məhrum olacaq.

İkinci hissəsi davam edən oyunda “Gent” hesabda 1:0 öndədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43