Ölkə futbolu

“Qarabağ” iki mərhələ keçərək nə qədər qazandı?

“Qarabağ” ciddi bir qazanc əldə edə bilərdi.

İdmanxeber.az-ın məlumatına görə, Çempionlar Liqasının 3-cü mərhələsində mübarizəni dayandıran “Qarabağ” bu turnirdə üç mərhələ iştirak etdiyi üçün 1 milyon 140 min avro qazanıb. “Köhlən Atlar”  I mərhələdən 280 min, II mərhələdən 380 min və III mərhələdə iştirak üçün 480 min avro qazanıb .

Qeyd edək ki, təmsilçimizi turnirdən uzaqlaşdıran BATE komandası isə pley-off-da mübarizə aparacağı üçün 5 milyon,  PSV səddini keçib Çempionlar Liqasına vəsiqə qazandığı təqdirdə isə əlavə olaraq 15.25 milyon avro əldə edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43