Ölkə futbolu

“Qarabağ” iki qrupa bölündü – VİDEO

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” doqquzuncu günü tək məşqlə tamamlayıb.

İdmanxeber.com-un məlumatına görə, dünən yerli vaxtla axşam saat 19:00-da (Bakı vaxtı ilə 21:00) start götürən hazırlıq meydanda keçirilib və təxminən 90 dəqiqə davam edib. SSKA ilə yoxlama matçında daha çox oyunda olan futbolçular ayrı, digər futbolçular isə ayrılıqda olmaqla iki qrup halında hazırlaşıb. İki oyunçu – Riçard Almeyda və Dani Kintana isə fizioterapivt nəzarəti altında çalışmalarını davam etdirib.

Qeyd edək ki, komandanın bu gün üçün iki məşqi nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43