Ölkə futbolu

“Qarabağ” illərin təcrübəsinə yeni müqavilə təklif etdi

Futbol üzrə Azərbayucan milli komandasının və “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov yayda Ağdam komandası ilə bitəcək müqaviləni daha 3 il artıracaq.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ” klubu 32 yaşlı müdafiəçi ilə müqavilə imzalamağa hazırlaşır. Müqavilənin hansı müddətə kimi olması hələ ki, tam dəqiq deyil. Çünki Sadıqovun yaşı artıq getdikcə ötür və “Qarabağ” rəhbərliyi futbolçuya özündə güc tapıb oynaya biləcəyi qədər klubda saxlamaq niyyətindədi.

Rəşad Sadıqovun karyerasını “Qarabağ”da bitirməsi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43