Kateqoriyasız

“Qarabağ” – “İnter” matçı üçün bilet qurtarmayıb: 2 min bilet qaldı

Axşam keçiriləcək “Qarabağ” – “İnter” oyununda anşlaq olacaq.

İdmanxeber.com-un məlumatına görə, kassalarda satışa çıxarılan 30 mindən çox bilet artıq satılıb. Ancaq bu matça bilet tapmamaq anlamına gəlmir. Belə ki, saat 21:00-da başlayacaq qarşılaşma üçün “qara bazar”ın əlində azı 2 mindən çox bilet var ki, bunların da əksəriyyəti 13-cü sektoradı.

Qeyd edək ki, matç Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43