Kateqoriyasız

“Qarabağ” istədiyi transferi reallaşdırır

Danimarkanın “Kopenhagen” klubunun yarımmüdafiəçisi Uroş Matiçin “Qarabağ”a keçidində heç bir əngəl qalmayıb.

İdmanxeber.az-ın məlumatına görə, 30 yaşlı futbolçu ilə 3 illik razılıq əldə edilib.

“Kopenhagen”lə 1 illik müqaviləsi olan futbolçunun keçidi üçün müəyyən qədər təzminat da ödənilib.

Qeyd edək ki, U.Matiç son mövsümü icarə əsasında keçirdiyi Kiprin APOEL klubunda 32 oyunda 3 qol vurub, 5 assist edib


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43