Kateqoriyasız

“Qarabağ” – “Keşlə” matçının başlama saatı açıqlandı

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Qarabağ” və “Keşlə”nin öz aralarında keçirəcəyi yoxlama oyununun başlama saatı açıqlanıb.

İdmanxeber.az Ağdam klubunun rəsmi “Feysbuk” səhifəsinə istinadən xəbər verir ki, iyunun 26-ı “Azərsun Arena”da olacaq görüş saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Aşdod”la (İsrail), “Keşlə” isə “Soçi” (Rusiya) ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43