Kateqoriyasız

Azərbaycan kuboku: “Qarabağ” yoluna davam edir, “Neftçi” kənarlaşdırıldı

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, son oyun günündə daha iki matç keçirilib.

İlk görüşdə “Sumqayıta”a məğlub olan “Neftçi” cavab qarşılaşmasında da rəqibi qarşısında aciz qalıb. Bordinin yetirmələri kubokla erkən vidalaşıb.

Günün son matçında “Qarabağ” “Keşlə”nin qonağı olub. Bu görüşdə Ağdam təmsilçisi qələbə qazanaraq adını yarımfinala yazdırıb.

Qeyd edək ki, dünən “Qəbələ” və “Zirə” yarımfinala vəsiqə qazanıb.

20 dekabr (cümə)

20:00. “Keşlə” – “Qarabağ” – 1:3
Qollar: 
Mahir Emreli, 20 (0:1), Xayme Romero, 40 (0:2),Xəzər Mahmudov, 67 (1:2), Toral Bayramov, 90+3 (1:3)
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Orxan Məmmədov
“ASCO Arena”
İlk oyun – 0:1

17:00. “Sumqayıt” – “Neftçi” – 0:0
Hakimlər
: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəşad Əhmədov
“Kapital Bank Arena”
İlk oyun – 1:0


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43