Kateqoriyasız

“Qarabağ” kimi əks-hücumlara bel bağlamırdıq”

“Erkən qol vurmağa, tempimizi artırmağa, qələbə qazanmağa çalışdıq. Daha da güclənmişdik, fiziki formamız da qaydasında idi”.

İdmanxeber.az-ın mumatına görə, bu sözləri “Olimpiakos”un kapitanı Andreas Buxalakis Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a evdə uduzduqları (0:3) görüşü şərh edərkən deyib.

O, daha sonra sözlərinə bunları əlavə edib:

“Ola bilsin ki, daha çox açıldıq və boşluqlar verdik. Qələbə istəyirdik. Rəqib kimi əks-hücumlara bel bağlamırdıq. Deməyə sözümüz yoxdur. Məyusuq. İndi etməli olduğumuz şey imicimizi yaxşılaşdırmaq və irəli getməkdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43