Ölkə futbolu

“Qarabağ” – “Kopenhagen” matçının biletləri nə vaxt satışa çıxır?

Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” (Danimarka) qarşılaşmasının biletləri satışa çıxır.

İdmanxeber.com-un məlumatına görə, azarkeşlərimiz sabah – avqustun 12-si, saat 10:00-dan etibarən biletləri əldə edə bilər.

Futbolsevərlər biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarında satılacaq. Biletlərin qiyməti nömrəli sektorlara görə 1-10 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-dir.
 Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” matçı avqustun 15-də saat 20:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43