Ölkə futbolu

“Qarabağ” “Kopenhagen”lə matça tam hazırdı – FOTOLAR

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə keçirəcəyi cavab matçının hazırlığını tamamlayıb. İdmanxeber.com-un klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi dünən görüşün keçiriləcəyi “Parken” stadionunda oyunöncəsi son məşqinə çıxıb. Yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə 21:30) başlayan məşq təxminən 1 saat davam edib.

Komandanın son hazırlığını “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl də izləyib.





İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43